Bakıda 2 avtobus toqquşdu - QƏZA

Bakıda 2 avtobus toqquşdu - QƏZA
Bütün Xəbərlər
18:46 18.04.2012
1836
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb Bakı şəhərində iki avtobus toqquşub. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Hadisə bu gün saat 17:30 radələrində Nərimanov rayonu ərazisində baş verib. Ayna Sultanova heykəlinin yaxınlığında 93 saylı sərnişin avtobusu ilə 182 saylı sərnişin avtobusu toqquşub. Nəticədə 182 saylı avtobus aşıb.
OXŞAR XƏBƏRLƏR