Bakıda 2 min manata “Tofaş” satılır

Bakıda 2 min manata “Tofaş” satılır
Bütün Xəbərlər
11:42 18.04.2015
2607

Komitə satılan avtomobillərin siyahısını açıqladı.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) mayın 19-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Bu barədə komitədən məlumat verilib.

Komitənin məlumatına görə, satışa 9 ədəd avtomobil çıxarılıb.

Belə ki, ƏMDK-dan verilən məlumata əsasən, hərracda 2007-ci il istehsalı olan “Nissan Maxima” (start qiyməti 4050 manat), 1998-ci il istehsalı olan “Daewoo Leganza” (start qiyməti 2028 manat), 2003-cü il istehsalı olan“VAZ-21310” (start qiyməti 1485 manat), 2006-cı il istehsalı olan “UAZ-31519” (1950 manat), 2004-cü il istehsalı olan “UAZ-31519” start qiyməti1754 manata satılır.

Bundan başqa hərracda 2004, 2005, 2006-cı il istehsalı olan “Tofaş Şahin” markalı avtomobillər də yer alacaq.

Qiymətlər müvafiq olaraq 1937, 2121, 2192 manatdan başlayır.

2006-cı il istehsalı olan “Tofaş” markalı avtomobilin start qiyməti isə 2239 manatdan başlayır.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2006-cı il istehsalı olan “Tofaş Şahin” 6500 dollara, 2005-ci il istehsalı olan “Tofaş Şahin” 5300 dollara, 1997-ci il istehsalı olan “Daewoo Leganza” isə 4500 dollara, 2007-ci il istehsalı olan “Nissan Maxima” isə 9000 dollara satılır.

OXŞAR XƏBƏRLƏR