Bakıda 2 nəfər donvurmadan öldü

Bakıda 2 nəfər donvurmadan öldü
Bütün Xəbərlər
15:05 09.02.2012
1450
Fevralın 8-də Nizami rayonunda üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişinin meyiti tapılıb. Onun donvurmadan öldüyü ehtimal olunur.Qaradağ rayonunun Sahil qəsəbəsində isə 50-55 yaşlı kişi donvurma ilə xəstəxanaya aparılıb. O, koma vəziyyətində olub.. Həkimlərin cəhdlərinə baxmayaraq həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktlarla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR