Bakıda 2 nəfəri bıçaqlayan şübhəlilər saxlanıldı

Bakıda 2 nəfəri bıçaqlayan şübhəlilər saxlanıldı
Bütün Xəbərlər
08:41 22.11.2012
788
Bir neçə gün əvvəl Bakının Nəsimi rayonu ərazisindəki gecə klublarından birində baş vermiş qanlı hadisənin iştirakçıları həbs ediliblər. Nəsimi rayon polis idarəsi və 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsinə xuliqanlıqda şübhəli bilinən Masallı rayon sakini Bəhruz Rzayev və Bakı şəhər sakini Orxan Əhmədov yaxalanıblar. Xuliqanlıqda şübhəli bilinən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR