Bakıda 20 yaşlı gənc öldürüldü - FOTOLAR

Bakıda 20 yaşlı gənc öldürüldü -  FOTOLAR
Bütün Xəbərlər
10:27 16.12.2014
1124
Bakıda 20 yaşlı gənc qətlə yetirilib.Hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 132 ünvanındakı ərzaq mağazasının qarşısında qeydə alınıb. 5-ci Yasamal 44 ünvanında qeydiyyatda olan Cəfərov Rəşad Yaşar oğlu bıçaqlanıb. 20 yaşlı gənci bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

Əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları R.Cəfərovunqatilinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR