Bakıda 20 yaşlı gənc oğlanı avtomobil vurub

SOSİAL
01:32 21.11.2021
508
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Əhmədov İlkin Vuqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR