“Mobile Payment Solutions” MMC qayda pozdu - Mərkəzi bank tədbir gördü

“Mobile Payment Solutions” MMC qayda pozdu - Mərkəzi bank tədbir gördü
SOSİAL
10:53 03.11.2026
133
Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Mobile Payment Solutions” MMC-yə icrası məcburi göstərişlər verib.

AZXEBER.COM bu barədə AMB məlumat yayıb.

Məlumata görə, şirkətdə həyata keçirilən yerində yoxlama çərçivəsində bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması aşkar edilib.

Bu səbəbdən "Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən çatışmazlıqların aradan qaldırılması ilə bağlı təşkilata icrası məcburi göstərişlər verilib.
OXŞAR XƏBƏRLƏR