12:13 Cümə Axşamı, 27 Fevral 2020
SOSİAL

Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar

10:09, 09.10.20195532
Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar
Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ