Bakıda 21 yaşlı oğlan sərxoş vəziyyətdə dənizdə çimərkən boğulub.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata istinadən xəbər verir ki, dünən Bakı şəhəri, Sabunçu rayonunda Xəzər dənizinin Fatmayi hissəsində 1993-cü il təvəllüdlü Əliməmmədov Elşən İmamverdi oğlu suda batıb.Məlumata görə, o dənizə girərkən sərxoş halda olub.E.Əliməmmədovun cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu səhər -9:55 radələrində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.