Bakıda 21 yaşlı qız oğurluğa görə tutuldu

Bakıda 21 yaşlı qız oğurluğa görə tutuldu
Bütün Xəbərlər
11:16 23.11.2011
1671

Bakının Nizami rayonunda oğurluqda ad çıxarmış gənc qız həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən milli.az xəbər portalına verilən məlumata görə, həmin şəxs 21 yaşlı Aytəkin Rəcəbovadır. Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarışda olan A.Rəcəbovanı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları srağagün tutublar.

Bölmədən milli.az-a bildirilib ki, A.Rəcəbova gənc olsa da, oğurluq sahəsində kifayət qədər “təcrübə”yə malikdir. Əslən Şamaxı rayonundan olan A.Rəcəbova oğurluğu özünə peşə seçib.A.Rəcəbova ilk cinayətini yeniyetmə olan zaman törədib. O, Şamaxı rayonunda yaşayan zaman qonşusunun mənzilindən oğurluq etdiyinə görə tutulub. Məhkəmə onun yeniyetmə olmasını nəzərə alaraq, icbari iş verib. A.Rəcəbova məhkəmənin humanist qərarından dərs götürməyərək yenidən əliəyrilik edib. O, 2011-ci ilin əvvəlində Qara Qarayev prospektində yerləşən gözəllik salonuna özünü gözəlləşdirmək adı ilə daxil olaraq saç ustasının telefonunu oğurlayıb.Aprel ayında tutularaq istintaqa təhvil verilsə də, sonradan qaçıb gizlənib. Bölmə əməkdaşları onu tutaraq yenidən istintaq orqanına veriblər.Fakt üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı