Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

KRİMİNAL
18:56 27.10.2021
195
Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə AZXEBER.COM-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, 1999-cu il təvəllüdlü Heydərov Tural Məmmədtağı oğlunu yaşadığı mənzildə bıçaqlayaraq hadisə yerindən qaçan Əliyev Şükran Mürsəl oğlu Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, hadisə oktyabrın 25-də saat 20 radələrində paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Ş.Əliyev həmyaşıdı olan tanışı T.Heydərova yaşadığı mənzildə bir neçə bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR