Bakıda 22 yaşlı oğlan 13-cü mərtəbədən yıxıldı

Bakıda 22 yaşlı oğlan 13-cü mərtəbədən yıxıldı
Bütün Xəbərlər
12:04 05.01.2015
1580
Bu gecə Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən verilən məlumata görə, hadisə nəticəsində 22 yaşlı oğlan dünyasını dəyişib.Belə ki, 17 mərtəbəli binanın 13-cü mərtəbəsində yaşayan 1993-cü il təvəllüdlü Elxan Mehman oğlu Hacıyev eyvandan yıxılıb. 13-cü mərtəbədən yıxılan Elxan Hacıyev hadisə yerində dünyasını dəyişib.İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Lakin hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi, yaxud intihar olduğu araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR