Bakıda 22 yaşlı Qeyrəti öldürdülər

Bakıda 22 yaşlı Qeyrəti öldürdülər
Bütün Xəbərlər
10:43 23.05.2013
1794
Ötən gün axşam saatlarında Bakının Xəzər rayonunda qanlı cinayət olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, cinayət Türkan qəsəbəsində baş verib.Belə ki, 26 yaşlı Elşən Rövşən oğlu Sadıqov 22 yaşlı Qeyrət Mahir oğlu Ağabalayevi qətlə yetirib. O özündən 4 yaş kişik tanışına 10-a yaxın bıçaq zərbəsi vurub. Qeyrət Ağabalayev ağır yaralanıb. Onu xəstəxanaya apararkən yolda ölüb.Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsindən verilən məlumata görə,öldürülən Qeyrət Ağabalayev təzəcə evlənibmiş. Cinayətin şəxsi münasibətlər zəmninda törədildiyi bildirilir.Faktla əlaqədar cinayət işi açılıb.
//anspress
OXŞAR XƏBƏRLƏR