Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Noyabrın 19-da Bakının Sabunçu rayonunda qətl hadisəsi törədilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsində bildiriblər.
Saat 21.30 radələrində Sabunçu qəsəbəsində Əsədullayev küçəsində №20 evin yanında naməlum şəxs 1991-ci il təvəllüdlü İsmayılov Nihad Məmmədqiyas oğluna hücum edərək gözünə və omba nahiyəsinə bıçaq zərbələri endirib. Zərərçəkən 3 saylı şəhər kliniki xəstəxanasına yatırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.
Keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu 12-ci polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən şəxsləri saxlayıblar. Bu, Sabunçu rayon sakinləri 1963-cü il təvəllüdlü Səttarov Mirələkbər Vəli oğlu və 1990-cı il təvəllüdlü Şirinov Xətai Sülhəddin oğlu olub.
Hal-hazırda cinayətin motivi araşdırılır. İstintaq rayon prokurorluğu tərəfindən aparılır.