Bakının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərihadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
XilasedicilərAzadlıq prospekti, 86 ünvanında yerləşənbeşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən təhlükəsizlik qaydalarına riayət etməklə,xüsusi alət və avadanlıqlar vasitəsilə 3-cü mərtəbədə yerləşən mənzilin eyvanınaqalxıb. Mənzilə baxış keçirilərkən 1990-cı il təvəllüdlü Əliyeva Ülkər Yavər qızı yatmış vəziyyətdə aşkar edilib.//apa

