Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri

Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri
SOSİAL
16:16 07.10.2026
407
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə anlarını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb.

Görüntülərdən məlum olur ki, Binə qəsəbəsinin mərkəzi hissəsindəki Ə.İsazadə küçəsindəki binanın qarşısında 1986-cı il təvəllüdlü Müseyib Əhmədov 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəni yerə yıxaraq çoxsaylı xəsarətlər yetirib.

Bıçaqlanan qadını onun əlindən hadisə şahidləri çətinliklə alıblar və Fatimə xəstəxanaya çatdırılıb. Lakin onun həyatın xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən F.Rəhmanzadənin həyat yoldaşı 1986-cı il təvəllüdlü Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR