Ötən gün Bakının Sabunçu rayonu ərazisində intihar hadisəsi baş verib.
Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın ANS PRESS-ə verdiyi məlumata görə, Sabunçu qəsəbəsində yaşayan 24 yaşlı oğlu Rövşən Əhmədov özünü evin tavanından asıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gedib və kişinin meyitini asılmış halda tapıblar. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.
Bildirilir ki, Rövşən Əhmədov özünü asarkən onun anası bu dəhşətli hadisənin şahidi olub. Qadın oğlunu meyidini asılmış halda tapıb. Onu da deyirlər ki, Rövşən Əhmədov spirtli içki aludəçisi olub. Bir neçə dəfə də intihara cəhd edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.