Ötən gecə Bakı şəhəri Sabunçu rayonu ərazisində 25 yaşlı gənc naməlum şəxslər tərəfindən ölümcül döyülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Məmməd Araz küçəsi 76 ünvanında 1987-ci il təvəllüdlü Ruslan Qarayev naməlum şəxslər tərəfindən döyülüb.