Bakıda “26-lar” kafesinin sahibinin oğlu AXTARIŞA VERİLDİ

SOSİAL
16:03 27.01.2022
290
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) karantin rejimini pozmaqda təqsirləndirilən Qasımov Əliyar Ərəstun oğlu barəsində axtarış elan edib.

Bu barədə "Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, o, Azərbaycan Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə axtarışa verilib.

Qeyd edək ki, Ə.Qasımov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur. Daha sonra isə Ə.Qasımovun adı atası ilə birlikdə qalmaqallı "26-lar” kafesinin bağlanmasında hallanmışdı.

OXŞAR XƏBƏRLƏR