Ötən gecə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində qanlı hadisə baş verib. Ağcəbədi rayon sakini 26 yaşlı Alışov Namiq Şakir oğlu meyvə-tərəvəz məhsullarının topdan satıldığı bazarda bıçaq xəsarətləri yetirilərək 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cərrahi əməliyyatdan sonra Namiq Alışovun həyatı xilas edilib. Faktla bağlı dərhal Qaradağ rayon polis idarəsi və 10-cü polis bölməsinə məlumat verilib. Polislər hadisə ilə bağlı zərərçəkmişin izahatını alıb və o, tanımadığı bir şəxs tərəfindən bıçaqlandığını bildirib.