Bakıda 3 avtomobil toqquşdu: ölən və yaralanan var
Bütün Xəbərlər
12:53 06.11.2012
993
Noyabrın 5-i saat 08:10 radələrində Bakı şəhərində, Zığ - Hövsan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Vahid Niftəliyevin idarə etdiyi “Hyundai”, Sabir Şəfiyevin və Malik Qarayevin idarə etdikləri «VAZ-2107» markalı avtomobillər toqquşub.Nəticədə, S.Şəfiyev yardım alaraq evə buraxılıb. Onun sərnişini Feyzulla Əhədov isə hadisə yerində ölüb.