Bakıda 3 “bomj”u don vurdu

Bakıda 3 “bomj”u don vurdu
Bütün Xəbərlər
12:16 11.02.2012
1226

Son sutka ərzində Bakıda 3 nəfər donvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Onun sözlərinə görə, don vuran hər 3 şəxs küçə həyatı yaşayan “bomj”lar olub. 

Onlardan 2-si Yasamal rayonu ərazisindən götürülüb və 6 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Digər “bomj” isə Nərimanov rayonu ərazisində aşkar edilərək 5 saylı Şəhər Xəstəxanasına çatdırlıb.
OXŞAR XƏBƏRLƏR