Bakıda 3 gənc qız özünü öldürmək istədi

Bakıda 3 gənc qız özünü öldürmək istədi
Bütün Xəbərlər
14:41 24.10.2012
1567
Oktyabrın 23-də axşam saatlarında Bakının müxtəlif ərazilərində gənc qızlar intihara cəhd edib.Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Zabrat 1 qəsəbəsində 1990-cı il təvəllüdlü İbrahimova Könül Məhəbbət qızı 2 qutu dərman həbi qəbul edərək intihara cəhd edib. Yaxınları hadisə ilə bağlı təcili tibbi yardıma müraciət edib.
Oxşar hadisə Bakının Nizami rayonunda da qeydə alınıb. Şərifli küçəsində 1993-cü il təvəllüdlü Məmmədova Zəhra çoxlu dərman həbi içərək intihara cəhd edib.Xətai rayonunda isə 25 yaşlı qız sirkə turşusu içərək özünü öldürmək istəyib.Gənc qızlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. ərazi üzrə hüquq-mühafizə orqanları gənc qızların hansı səbəbdən həyatların qəsd etmələrini araşdırır.
//Lent.az
OXŞAR XƏBƏRLƏR