Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.AZXEBER.COM-un FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə gediblər.