Ötən gün Bakıda 3 qadın döyülüb. AZXEBER.COM xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarından anspress-ə verilən məlumata görə, hadisə paytaxtın iki rayonunda qeydə alınıb.Binəqədi rayonunda, Binəqədi yolu döncə 2 ünvanında yaşayan 73 yaşlı M.X. və 49 yaşlı M.F. möhkəm döyülüb. Hadisə saat 08 radələrində qeydə alınıb. Döyülən yaşlı qadını vəziyyəti nisbətən ağırdır.Digər hadisə isə saat 11:15-də Xətai rayonunda baş verib. Gəncə prospektində yaşayan 25 yaşlı K.M. döyülüb. Onun burnu sınıb. Qadın xəstəxanaya yerləşdirilib.