Yanvarın 15-də Bakı şəhərinin Xəzər rayonu ərazisində intihar hadisəsi baş verib.Rayon Polis İdarəsindən verilən məlumata görə, saat 18:30 radələrində Mərdəkan qəsəbəsi, E.Səfərov küçəsi 8 ünvanında 1975-ci il təvəllüdlü Səfərov Nadir Maarif oğlunun asılı vəziyyətdə olan meyidi tapılıb.Məlumata görə, 38 yaşlı N.Səfərov Lerik rayon sakinidir. 3 uşaq atası olan kişi Binə qəsəbəsi, Südçülük sovxozunda kirayə ev tutub qalırmış və Bakıda işləyirmiş.Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.