Bakıda 30 yaşlı şəxs damarlarını doğradı

Bakıda 30 yaşlı şəxs damarlarını doğradı
Bütün Xəbərlər
14:41 26.11.2013
547

Onu qan içərisində yataq otağında tapan yaxınları dərhal təcili yardıma müraciət edib

Bu gün səhər saat 05:00 radələrində Bakının Xətai rayonu ərazisində 30 yaşlı kişi damarlarını doğrayıb. Rayon Polis İdarəsi 34-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Hacıbəyov küçəsi 10 ünvanında 1983-cü il təvəllüdlü Vüqar Məmmədov sol əlinin damarlarını ülgüc ilə doğrayıb. Onu qan içərisində yataq otağında tapan yaxınları dərhal təcili yardıma müraciət edib. Həkimlərin səyi nəticəsində intihara təşəbbüs göstərən gəncin həyatını xilas etmək mümkün olub.Hazırda onun nə səbəbdən özünü öldürmək istədiyi araşdırılır.
OXŞAR XƏBƏRLƏR