Bakıda 311 saylı məktəb sökülür

Bakıda 311 saylı məktəb sökülür
Bütün Xəbərlər
13:52 08.10.2012
5086
Bakının Sabunçu rayonu ərazisində 311 saylı orta məktəb bağlanıb. Buna səbəb məktəbin həyətindən çıxan mazutdur. Bu barədə  məktəbdə təhsil alan şagirdlərin valideynləri bildirib. Onların sözlərinə görə, məktəb bağlanıb və onların övladları müxtəlif ərazilərdə məktəblərə göndərilib. Lakin çoxu həmin təhsil ocaqlarının uzaqda yerləşməsindən şikayətlənir.Məsələ ilə əlaqədar Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarənin tikinti şöbəsinin müdiri Mirsahib Bayramov ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib. Şöbə müdiri deyir ki, məktəbin həyətindən mazut çıxır və buna görə də, orada təhsil almaq mümkünsüzdür. “Əraziyə rəsmilər də baxış keçiriblər. Ərazidə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş nazirin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov olub. Mütəxəssislər həmin məktəbin dərhal sökülməsinə qərar veriblər”.
OXŞAR XƏBƏRLƏR