Bakıda 34 yaşlı kişi kürəyindən bıçaqlandı

HADİSƏ
00:54 04.04.2021
633
Bakıda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1987-ci il təvəllüdlü Zülfüqarov Elməddin Həsən oğlu xalası oğlunun köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı onun kürək nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunur.

Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR