Bakıda daha bir nəfər intihar edib. Bu barədə Nəsimi rayon Prokurorluğundan məlumat verilib.Hadisə ötən gecə 2-ci Alatavada yerləşən sexdə baş verib. Orada işləyən Ağsu rayon sakini, 1976-cı il təvəllüdlü Zaur Yaşar oğlu Dadaşov iş yerində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.