Bakıda 37 yaşlı qadın dəm qazından boğularaq ölüb. Hadisə dünən Yasamal rayonunda baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Həmidə Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.