Gecə Bakının Yasamal rayonunda ana ilə oğlunu maşın vurub. Hadisə rayonun Şıxəli Qurbanov küçəsində, Füzuli meydanı yaxınlığında baş verib. 38 yaşlı Manastanova Marina Vladimirovna və onun 18 yaşlı oğlu Aleksandr Manastanov həmin ərazidə yolu keçmək istəyən zaman yaxınlaşmaqda olan “Mercedes” markalı avtomaşına diqqət yetirməyib və avtomobil hər iki piyadanı vurub. Nəticədə ağır bədən xəsarətləri alan yaralılar yaxınlıqda olan şəxslərin köməkliyi ilə 1 saylı xəstəxanaya yerləşdirilib.