Bakıda 4 saata 3 piyada ölüb

Bakıda 4 saata 3 piyada ölüb
Bütün Xəbərlər
12:39 06.12.2011
1489
Ötən gün 3 piyada yol nəqliyyat hadisələrinin qurbanı olub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 5-i saat 09:15 radələrində Bülbülə qəsəbəsində Bakı şəhər sakini Çingiz Kərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə qəsəbə sakini Adil Ağayevi vurub. Saat 10:30 isə radələrində H.Əliyev prospektində Bakı şəhər sakini Sevinc Rüstəmova idarə etdiyi "Mercedes" markalı avtomobillə Rəna Quliyevanı vurub. Hər iki piyada hadisə yerində ölüb. Günorta saat 13:00 radələrində İnşaatçılar prospektində Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi "Hyundai-Sonata" markalı avtomobillə Səbuhi Xanlarovu vurub. Piyada Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. 
OXŞAR XƏBƏRLƏR