Bakıda 46 yaşlı qadını vəhşicəsinə döydülər

Bakıda 46 yaşlı qadını vəhşicəsinə döydülər
Bütün Xəbərlər
16:34 10.01.2014
885
Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu gün səhər saat 08:00 radələrində Bakının Suraxanı rayonu ərazisində Yeni Suraxanı qəsəbəsində 46 yaşlı qadını vəhşicəsinə döyüblər.
AZXEBER.COM-un ANS PRESS-ə istinadən xəbər verir ki, Rayon Polis İdarəsi 31-ci polis bölməsindən verilən məlumata görə, qəsəbənin yeni yaşayış massivində yaşayan 1967-ci il təvəllüdlü Rəsmiyyə Mahmudova möhkəm döyülüb.
Döş qəfəsi və baş beyin travması alan qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən və nə səbəbə döyülməsi polis tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR