Bakıda 47 yaşlı kişi bıçaqlandı

Bakıda 47 yaşlı kişi bıçaqlandı
Bütün Xəbərlər
10:51 12.09.2012
837
Ötən gecə Bakının Xəzər rayonu ərazisində qətl hadisəsi törədilib.
Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində Bakı şəhərində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 47 yaşlı Salman Məmmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda qətlin üstünün açılması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR