Bakıda 540 ton neft məhsulu yanğın təhlükəsi ilə üzləşib

Bakıda 540 ton neft məhsulu yanğın təhlükəsi ilə üzləşib
Bütün Xəbərlər
10:19 22.06.2013
835

Binəqədi rayonunda yanğın olub.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, gecə saatlarında paytaxtın Binəqədi rayonunda dəmir yol xəttinin ərazisində ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyalardan ibarət 2 otaqlı evdə yanğın olub.Hadisə zamanı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı ev sahibinin bacısı əl-üz nahiyəsindən yüngül yanıq xəsarətləri alıb və təcili yardım tərəfindən ona ilkin tibbi yardım göstərilib.Dəmir yol xəttində təmirə dayanmış 9 ədəd 60 tonluq neft məhsulları daşıyan boş çənlər yanğından mühafizə olunub.Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

OXŞAR XƏBƏRLƏR