Bakı şəhərinin Xətai rayonunda faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Abbas Səhhət küçəsi 12 ünvanında 1958-ci il təvəllüdlü Osmanov Ərəbxan Kamal oğlunu elektrik cərəyanı vurub.55 yaşlı kişi su nasosu vasitəsilə həyəti sulayarkən onu elektrik cərəyanı vurub. Ə.Osmanov hadisə yerindəcə keçinib.