Bakıda 6 nəfər bayram tonqalında yandı

Bakıda 6 nəfər bayram tonqalında yandı
Bütün Xəbərlər
11:18 19.03.2014
506
Ötən gün ilaxır çərşənbədə 6 nəfər bayram tonqalında yanıb.Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın verdiyi məlumata görə, xəsarət alanlardan biri 10 yaşlı Aliyə Həsənovadır. Qız tonqalın üzərindən tullanarkən alovun üstünə düşüb.Onun aşağı ətraflarında, sol əlində ciddi yanıq xəsarətləri olduğu üçün Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Digər xəsarət alan şəxslərə isə yerində ilkin tibbi yardım göstərilib.
OXŞAR XƏBƏRLƏR