Bakıda 600 minlik cinayət

Bakıda 600 minlik cinayət
Bütün Xəbərlər
16:43 16.05.2014
1018
Külli miqdarda özgə əmlakını ələ keçirmiş vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub.
Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, Latviya Respublikasında qeydiyyatdan keçmiş “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərinin qanunsuzluqlara yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalarla nümayəndəliyin rəhbəri Bəyəli Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürüb. Sonradan özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirib dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR