Bakıda 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq

Bakıda 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq
SOSİAL
12:15 23.05.2026
315
"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı və Abşeronda içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçiriləcək.

AZXEBER.COM "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O qeyd edib ki, nəticədə su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95% ödənilməsi təmin olunacaq:

"Eyni zamanda, Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur".
OXŞAR XƏBƏRLƏR