Bakıda 75 min piyada cərimələndi

Bakıda 75 min piyada cərimələndi
Bütün Xəbərlər
18:50 19.08.2013
817
Bu il yanvarın 1-dən bu günə qədər Bakıda yol hərəkəti qaydalarını pozan 75 min piyada yol polisi əməkdaşları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.Bölmə rəisinin sözlərinə görə, məsuliyyətə cəlb edilən həmin piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Məsuliyyətə cəlb edilən piyadaların əksəriyyəti isə yaşı 20-50 arasında olan vətəndaşlardır:
OXŞAR XƏBƏRLƏR