Bakıda 8 ballıq zəlzələ ola bilər

Bakıda 8 ballıq zəlzələ ola bilər
Bütün Xəbərlər
15:30 24.04.2013
4163

Son zamanlar qonşü ölkələrdə, eləcə də, Azərbaycanda zəlzələlərin sayı çoxalıb. Bu məsələlərə aydınlıq gətirmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin sesymoloji şöbəsinin müdiri Tahir Məmmədlinin ANS PRESS-ə müsahibəsini təqdim edirik. Son zamanlar qonşu ölkələrdə, elcə də Azərbaycan ərazisində baş verən zəlzələni necə xarakterizə edərdiniz? -Seysmik aktiv ərazilərdə yer qabığının deformasiya prosesi davam edir. Bu ərazilərdə müəyyən tektonik gərginliyin toplanması baş verir. Süxurların deformasiya prosesi müəyyən kritik həddə çatanda qəfləti hərəkət edirlər. Bununla da zəlzələ baş verir. Deformasiyaya məruz qalan süxurların müqavimət qüvvəsi çoxalır. Azərbaycanda aktiv sesymoloji zonalarda həmişə zəlzələ ola bilər və olur. Ölkəmizdə ildə mindən artıq zəif, orta və güclü zəlzələlər baş verir. Belə zəlzələlərdən biri aprelin 22-də Gəncədə, aprelin 23-də isə Cəlilabadda baş verib. Əslində bu tip yertitrəmələri intensiv olaraq baş verir. Lakin biz öyrənmişik ki, bu tip hadisələr hiss olunmasın. Belə təbiət hadisələri qeyri-adi seysmik aktivlik kimi də qiymətləndirmək olmaz. Bir daha deyirəm, zəlzələlər Azərbaycanda həmişə baş verib, indi də olur və gələcəkdə də olacaq. Qurban Yetirmişli mətbuata açıqlamasında bildirib ki, asprelin 22-də baş verən zəlzələni əvvəlcədən gözlənilən idi. Ümumiyyətlə zəlzələnin əvvəlcədən probnozlaşdırılması mümkündürmü? -İndiyə qədər dünyada zəlzələnin proqnozlaşdırılması mümkün olmayıb. Yəqin ki, Qurban müəllim onu nəzərdə tutub ki, Gəncə bölgəsi seysmik aktiv zonadır. Orada yeraltı təkanın baş vermə ehtimalı həmişə var. Dünya alimləri hələ də zəlzələnin əvvəlcədən proqnozlaşdırılması problemi qarşısında acizdir. Hazırda Azərbaycan üçün ən təhlükəli zəlzələ ocaqları hansı bölgələrdədir? -Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan hissələri, Xəzər dənizində güclü zəlzələ ocaqları var. Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələrin olması mümkündür. Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə məruz qala bilər. Ümumilikdə Azərbaycanda seysmik təhlükə 8 bal, böyük və kiçik Qafqaz əraziləri isə 9 ballıq zonalar kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycan bütünlüklə seysmik təhlükəli ərazidir. Azərbaycanda böyük dağıntılara səbəb ola biləcək zəlzələlərin baş vermə ehtimalı çoxdurmu? -Azərbaycanda çoxlu dağıntılara məruz qoya bilən maqnitudası 6 baldan yuxarı olan zəlzələlərin baş vermə ehtimalı var. Bu zəlzələlər nəticəsində böyük dağıntılar baş verə bilər. Bu da əsasən ölkədə tikintilərlə əlaqədardır. Azərbaycanın böyük ərazilərində 1990-cı ilə qədər seysmik dayanıqlığı bir qədər aşağı qəbul edilmişdi. Yaşayış binaları da, həmin seysmik göstəricilərə uyğun tikilmişdi. Yeni tərtib olunmuş xəritədə seysmik göstəricilər dəyişdi. Əgər Bakıda yüksək ballı zəlzələ baş verərsə, 20 il əvvəl tikilən binalar üçün dayanıqsız sayılacaq. Bununla da zədələnən, dağılan binalar çox olacaq. Ona görə də, zəlzələ zamanı insanlar davranış qaydalarına əməl etməli və binalara yaxın ərzilərdə dayanmamalıdırlar. Bakı üçün güclü zəlzələ təhlükəsi nə dərəcədə təhlükəlidir? -Müvəqqəti Seysmik Xəritəyə əsasən Bakı 12 ballıq şkala üzrə 8 ballıq zonaya daxildir. İstisna olunmur ki, paytaxtda belə güclü zəlzələlər baş verə bilər. Bakı şəhərində tikilən binaların 70 faizə qədəri isə bu gücdə zəlzələlərə dözümlü deyil. Bu səbəbdən, Allah göstərməsin bu gücdə zəlzələ baş verərsə, köhnə binaların çoxu dağılacaq.  Süni yeraltı təkanların yaradılması da çox danışılan mövzulardandır. Son zamanlar baş verən zəlzələlər ilə süni təkanların arasında hansısa əlaqələr varmı? -Bəli, son dövrlər süni yeraltı titrəyişlərin yaradılması mümkündür. Lakin mütəxəssislər bu təkanları təbii zəlzələlərdən fərqləndirə bilirik. Azərbaycanda baş verən yeraltı təkanların süni titrəyiş yaradılması ilə heç bir bağlılığı yoxdur.

OXŞAR XƏBƏRLƏR