Bakıda 8-ci sinif şagirdi özünü öldürdü

Bakıda 8-ci sinif şagirdi özünü öldürdü
Bütün Xəbərlər
10:44 19.12.2014
1832
Bakıda məktəbli intihar edib.

Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Rayon sakini, 2000-ci il təvəllüdlü Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, N. Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR