8 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

8 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb
HADİSƏ
12:24 21.02.2026
356
Bakıda maşın yolu keçən piyadanı vurub.

AZXEBER.COM xəbər verir ki, hadisə fevralın 12-də paytaxtın Xəzər rayonunda baş verib.

Məlumata görə, Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Dəyanət Cəfərli idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini 1960-cı il təvəllüdlü Baxşəli Qədimovu vurub.

Xəstəxanaya yerləşdirilən B.Qədimov ötən gün orada ölüb.
 
apa
OXŞAR XƏBƏRLƏR