Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 76 kvadratmetr olan mənzildə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildilib ki, hadisə nəticəsində 3 otaq və aynabənddən ibarət mənzilin 2 otağı və dəhlizi yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti hələlik məlum olmayan təxminən 80-85 yaşlı qadın cəsədi aşkar olunub. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub.Hadisə ilə əlaqədar təhqiqat aparılır.