Bakıda 90 min oğurlandı

Bakıda 90 min oğurlandı
Bütün Xəbərlər
16:22 22.04.2015
1068
Faktla bağlı cinayət işi başlanıb.
Bakının Nəsimi rayonu ərazisində evdən külli miqdarda pul oğurlayan şəxs tutulub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsi və Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Nağı Abdinovun evindən 90 000 manat oğurlamış Yevlax rayon sakini Kənan Bəkirov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR