Bakıda ağaca dəyən maşın sonra evin hasarına çırpıldı

Bakıda ağaca dəyən maşın sonra evin hasarına çırpıldı
Bütün Xəbərlər
12:06 01.11.2012
800
Gecə Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Xətai rayonu ərazisi, Nobel prospektində qeydə alınıb. Bakı şəhər sakini 25 yaşlı Sofiyev Murad Dursun oğlu idarə etdiyi “Nissan” markalı minik avtomobilini yolun kənarındakı evlərdən birinin hasarına çırpıb.Şahidlərinin sözlərinə görə, sürücü avtomobili sürətlə idarə etdiyi üçün qəfildən onun idarəetməsini itirib. Nəticədə avtomaşını ilk öncə yolun kənarındakı ağaca çırpıb. Ağaca dəydikdən sonra isə avtomobil bir neçə dəfə fırlanaraq yaşayış evinin hasarına çırpılaraq dayanıb.Avtomobilin sahibi dərhal hadisə şahidlərinin köməkliyi ilə maşından çıxarılaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, sürücü Murad Sofiyevə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.Qeyd edək ki, nəqliyyat vasitəsinin zərbə nəticəsində deformasiyaya uğraması avtomaşının ərazidən çıxarılmasını bir xeyli çətinləşdirib.Hadisə şahidləri və ərazidə yaşayan insanların dediyinə görə həmin yolda belə qəzalar tez-tez baş verir. Onların sözlərinə görə yüksək sürət amilindən başqa, prospekdə tez-tez yolun təmir olunması və təmir işləri ilə bağlı heç bir xəbardaredici işarələrin qoyulmaması bu cür halların baş verməsinə səbəb olur.
OXŞAR XƏBƏRLƏR