Bakıda adam güllələyən qrup üzvü tutuldu

Bakıda adam güllələyən qrup üzvü tutuldu
Bütün Xəbərlər
16:19 05.09.2013
769

Həmin şəxs keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb

Bakıda 31 yaşlı kişini güllələyən qrupun daha bir üzvü həbs edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Elçin Fərəcovu qətlə yetirən qrupun digər üzvü, Sabirabad rayon sakini Murad Məmmədov tutulub. Qeyd edək ki, məlum hadisə Keşlə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu odlu silahla güllələyib. Nəticədə xəstəxanaya çatdırılan E.Fərəcovu xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR