Gecə saatlarında piyada ölümü ilə nəticələnən qəza baş verib
Ötən gecə Xəzər rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Xəzər Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, ölüm hadisəsi aeroport yolunda qeydə alınıb.
Belə ki, gecə saat 02:15-də aeroport yolunda maşınla vurulan kişi meyiti tapılıb. Meyitin üzərindən bir neçə maşın keçdiyindən onun üzü tanınmaz hala düşübmüş. Lakin çətinliklə meyitin şəxsiyyəti məlum olub.
Araşdırmalar zamanı bilinib ki, ölən şəxs 44 yaşlı Etibar Quliyevdir.
Faktla bağlı araşdırma aparılır.