Bakıda agır yol qəzası: 5 maşın toqquşdu

Bakıda agır yol qəzası: 5 maşın toqquşdu
Bütün Xəbərlər
08:19 25.12.2012
797
Bakıda zəncirvarı yol qəzası baş verib. Hadisə axşam saat 20.00 radələrində aeroport yolunda qeydə alınıb. QAZ-53, “Nissan”, VAZ-2106, VAZ-2107 və “Mercedes” markalı avtomobillərin iştirakı ilə baş verən qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində onlara yüngül bədən xəsarətləri ilə 5 nəfər yaralı daxil olub. Onlardan ikisi Türkiyə vətəndaşı olan azyaşlılar olub. Orta məktəb şagirdləri olan 7 yaşlı Bakir Qəmzə və 8 yaşlı Adıgözəl ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR